21.11.2024, 18:33
AZ EN
23.02.2024, 15:35 215

Ermənistan yeni ərazi itkiləri ilə üzləşə bilər

XƏBƏRLƏR

"Paşinyan hökuməti Qərb və Rusiya arasında təhlükəli gedişlər edir. Belə vəziyyət Ermənistanın suverenliyini itirilməsinə gətirib çıxarabilər. Ermənistan hətta yeni ərazi və insan itkiləri verə bilər".

"Vətən səsi" xəbər verir ki, belə bir xəbərdarlıqla  Ermənistan parlamentinin keçmiş vitse-spikeri, politoloq Eduard Şarmazanov çıxış edib. O, həmçinin ölkəsinin Ukraynaya çevriləcəyi barədə də xəbərdarlıq edib və bu məsələlərə görə Ermənistan baş naziri Nikol Paşinyanla yanaşı bəzi Qərb ölkələrinin liderlərini də ittiham edib: "Onlar Ermənistanı Ukraynaya çevirmək istəyirlər. Bu isə o deməkdir ki, dövlətimiz anti-Rusiya tramplininə çevriləcək, suverenliyini itirə, yeni ərazi və insan itkiləri verə bilər”.

Eduard Şarmazanov baş nazir Paşinyanı Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvili və Ukrayna dövlət başçısı Volodimir Zelenski ilə müqayisə edib: “Onları birləşdirən nədir? Qərbə sevgi, Rusiyaya nifrət. Onlar itkiyə səbəb olmaqla seçilirlər. Bir şey aydındır: ölkəmiz Paşinyandan xilas olmalıdır. Əks halda pis sürprizlər olacaq”.

Məşhur erməni politoloq Aleksandr İskəndəryan isə deyib ki, nə Paşinyan hökuməti ilə hərbi əməkdaşlığı ən ali səviyyəyə qaldıran Fransa, nə də hər hansı Qərb ölkəsi Ermənistanın maraqlarını və onun təhlükəsizliyini Rusiya qədər qoruya bilməz: "Bizim ölkənin təhlükəsizliyiniuzun müddət Rusiya təmin edib. İndi onun yerinə başqasını seçmək çox yanlışdır. Bəli, Rusiya ən azı 2016-cı ildən bu özünün funksiyalarını yerinə yetirməyib və yəqin ki, yerinə yetirmək niyyətində deyil. Çünki Rusiyanın özünün başqa yerdə min bir dərdi var. Rusiya Ermənistanın təhlükəsizliyinə qarant deyil. Kimsə, o cümlədən Qərb o xəyali Rusiyanı əvəz edə bilərmi? Əlbəttə, yox. Gec-tez özümüz işləməliyik, yoxsa işlər daha da pisləşəcək”.

Azərbaycanla Ermənistan arasında davam edən sülh danışıqlarının perspektivindən danışan İskəndəryanın sözlərinə görə, münaqişə tərəfləri razılığa gələ bilməyəndə texniki vasitəçi lazım olur: “Bu səbəbdən regionda baş verən hadisələrlə birbaşa maraqlanan ölkələr fərqli deyil. Məsələn, Rusiya vicdanlı vasitəçi ola bilməz, o, bu regionda oyunçudur, neytral ola bilməz. Belə proseslər üçün regionda real marağı olmayan ölkələr lazımdır”.

Elxan SALAHOV

Oxşar xəbərlər