Bu barədə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev Ermənistan-Azərbaycan şərti sərhədində baş verən son insidentlərlə bağlı "X"də yazıb.
O, ötən gün erməni təxribatı nəticəsində Azərbaycanla sərhəddə həlak olan erməni hərbçilərin yaşına diqqət çəkib.
"Hraçya Talişi Hovhannisyan (1957) 66-67, Edvard Hamleti Harutyunyan (1974) 49-50, Arsen Qaqiki Hambardzumyan (1979) 44-45, Qaqik Varazdati Manukyan (1982) 38-39 yaşında olub. Niyə Ermənistan Müdafiə Nazirliyi belə yaşlı adamları öz sıralarına cəlb edib? Əgər onlar könüllü idilərsə və erməni tərəfinin dediyi kimi, Yerkrapa veteran təşkilatlarından idilərsə, deməli, iki gün əvvəl baş verənlərə görə bütün məsuliyyət Ermənistan Müdafiə Nazirliyinin üzərinə düşür",- F.Şəfiyev əlavə edib. (Report)