08.06.2025, 22:25
AZ EN
05.07.2022, 11:05 754

Almaniyalı türkoloq Şuşa barədə yazıb

XƏBƏRLƏR
  • Bu günlərdə “Şuşanın irsi” kitabı işıq üzü görüb. Nəşrdə 44 günlük Vətən müharibəsindəki qələbədən də bəhs olunur.

25 ildir Azərbaycanın ədəbiyyatı və tarixi ilə, 2012-ci ildən isə Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının tarixi ilə məşğul olan Almaniyanın Qiesen Universitetinin dosenti, tarixçi türkoloq Mixael Reynhard Hess bu dəfə də “Şuşanın irsi, Azərbaycanın mədəniyyət paytaxtının tarixi və inkişaf yolu” adlı kitab yazıb. Berlində nəşr olunan kitabda müəllif bir sıra mühüm dəlillər ortaya qoyub. Nəşrin məqsədi Şuşanın və Qarabağın Azərbaycanın ədəbiyyat və mədəniyyət tarixindəki zəngin irsini qərbli oxuculara çatdırmaqdır.

Mixail Raynhard Hess “Real TV”-ə müsahibəsində qeyd edib ki, bütün materialların toplanmasına, təxminən 7 il əvvəl başladım. Amma bu kitabı yazmaq fikri 44 günlük müharibə bitdikdən sonra yarandı. 2020-ci ilin axırlarından iki ay sonra kitabı yazmağa başladım. Kitabın birinci versiyasını təxminən 2021-ci ilin iyun ayında qurtarmışdım. Sonra Şuşaya getmək fürsətim oldu.  7 noyabr 2021-ci ildə birinci versiyanın son cümləsini yazdım. Sonra qayıtdım Almaniyada çapa verdim.

Müəllif bildirib ki, bu kitab alman oxucuları, ümumiyyətlə, qərbli oxucular üçün Şuşanın tarixinin öyrənilməsi baxımından mühüm mənbə olacaq. Türkoloq əlavə edib ki, bu kitab ümumi bir auditoriya üçün nəzərdə tutulub. Demək olar ki, bu kitabı alman dilini bilən hər kəs oxuya bilər. Bu kitabın əsas məqsədi alman dili mühitində çox az bilinən Azərbaycanın tarixi, xüsusilə Qarabağın tarixi, Şuşanın tarixi üçün əhəmiyyətli idi. Bu bir, ikincisi, bu həm də elmi kitabdır.

Qeyd edək ki, 599 səhifədən ibarət olan kitabın yazılmasında müxtəlif dillərdə 600 ədəbiyyat və mənbədən istifadə edilib.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər