19.10.2024, 21:30
AZ EN
03.02.2024, 17:00 272

Suqovuşanda qeydə alınmış ən gənc seçicinin 18, ən yaşlı seçicinin isə 88 yaşı var

XƏBƏRLƏR
  • Bu il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinə hazırlıq işləri işğaldan azad edilmiş Suqovuşan qəsəbəsində yaradılmış 58 saylı məntəqədə də başa çatıb. Bu seçki məntəqəsində 30 ildən sonra doğma yurda qayıtmış Talış kənd sakinləri ilə yanaşı, Suqovuşan qəsəbəsində həyata keçirilən tikinti işlərində çalışanlar da səs verəcəklər.

58 saylı seçki məntəqəsinin üzvü Arzu Hümbətov bildirib ki, məntəqə üzrə 162 nəfər seçici qeydə alınıb. Seçicilərdən ən gənci 2006-cı il təvəllüdlü Səbinə Allazova, ən yaşlı seçici isə 1936-cı ildə anadan olmuş Paşa Omarovdur. Seçki məntəqəsi səsvermə üçün tam hazırdır.

Həm Talış sakinləri, həm də Suqovuşan qəsəbəsinin tikintisində çalışanlar 30 ildən sonra işğaldan azad edilmiş ərazilərdə keçiriləcək seçkilərdə böyük qürur və sevinclə səs verəcəklərini bildirirlər.

Talış kənd sakini Bəybala Aslanov deyib: “Torpaqlarımız işğaldan azad olunandan sonra soydaşlarımızın ata-baba yurdlarına qayıdışı başlayıb. Biz də 30 illik köçkünlük həyatından sonra Qarabağımıza qayıtmışıq. Bir neçə gün sonra isə doğma yurda qayıdan sakinlər olaraq səsvermədə iştirak edəcəyik. Buna görə böyük qürur və sevinc hissi keçiririk”. (AZƏRTAC)

Oxşar xəbərlər