"Vətən səsi" “secki-2024.az” saytına istinadən xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.
"Oradakı məntəqələr Azərbaycanın digər bölgələrindəki məntəqələrdən daha abad və gözəldir. Çünki azad olunmuş ərazilərdə aparılan tikinti-yenidənqurma işləri digər ərazilərdəki tikinti standartlarından da yüksəkdir", - o söyləyib.
MSK sədri söyləyib ki, 7 fevral seçkiləri suveren və bütöv Azərbaycanın ilk seçkiləridir: "Hansı ki, ilk dəfə azad olunmuş ərazilərdə seçki keçiriləcək".
S.Süleymanova