22.11.2024, 18:40
AZ EN
29.01.2024, 16:25 272

İcma: “Azərbaycana UNESCO missiyası getsin, amma Ermənistana olmaz” yanaşması irqçi mövqedir

XƏBƏRLƏR
  • Ermənistan Xarici işlər nazirinin müavininin ölkəsinin Qarabağa UNESCO missiyasının göndərilməsi istiqamətində səyləri barədə səsləndirdiyi fikirlər bu dövlətin hələ də Azərbaycanın suverenliyini təhdid etdiyini, ardıcıl mövqeyinin olmadığını göstərir.

Bu barədə Qərbi Azərbaycan İcmasının açıqlamasında bildirilib. 

Vurğulanıb ki, Ermənistan digər suveren ölkənin daxili işlərinə qarışmamalı, özünə aid məsələ ilə məşğul olmalı və bu xüsusda, Ermənistanda Azərbaycan xalqının mədəni irsinin acınacaqlı vəziyyətinin araşdırılması məqsədilə UNESCO missiyasının səfərinə razılıq verməlidir. “Azərbaycana UNESCO missiyası getsin, amma Ermənistana olmaz” yanaşması təkəbbürlü və irqçi mövqedir. (AZƏRTAC)

Oxşar xəbərlər