20.04.2025, 09:56
AZ EN
23.01.2024, 19:00 282

Bu seçkilər xüsusi əhəmiyyətlidir - Robert Mobili

XƏBƏRLƏR
  • Bizim icmamız qarşıdan gələn Prezident seçkilərində aktiv iştirak edəcək. Biz icmada seçkiqabağı görüşlər keçirdirik və məqsədimiz də ondan ibarətdir ki, seçicilər aktiv şəkildə seçkilərdə iştirak etsinlər.

Bunu secki-2024.az-a açıqlamasında Alban-Udi dini icmasının sədri Robert Mobili deyib.

O bildirib ki, Azərbaycan tolerant ölkədir və bütün dini icmalar üçün seçkilərdə bütün zəruri şərait yaradılıb. Seçicilərin səsverməsi üçün bütün imkanlar təmin edilib.

“Xüsusilə nəzərə almaq lazımdır ki, bu seçkilər Azərbaycanda tarixi seçkilərdir. İlk dəfə seçki Azərbaycanın bütün ərazisində keçirilir. Qarabağın azad edilməsi yeni bir dövrün əsasını qoydu. Təkcə bizim torpaqlarımız yox, eyni zamanda mədəni irsimiz, dini abidələrimiz işğal altında idi. Artıq torpaqlarımız işğaldan azad edilib və Azərbaycan ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib. Bu baxımdan yeni dövrdə Prezident seçkilərinin keçirilməsi böyük əhəmiyyət kəsb edir. Biz də bu seçkilərdə çox qürurla və aktiv iştirak edəcəyik”, - Alban-Udi dini icmasının sədri bildirib. (Trend)

Oxşar xəbərlər