24.04.2025, 18:31
AZ EN
18.01.2024, 10:00 327

Azər Qarayev: Müstəqil siyasət yürütmək iqtidarında olmayan Ermənistan hakimiyyəti növbəti dəfə də eyni addımları atır

XƏBƏRLƏR
  • Ermənistan baş naziri Nikol Paşinyanın Azərbaycanla bağlı sonuncu bəyanatları onun yeni oyuna start verdiyini göstərir. Daim müstəqil siyasət yürütmək iqtidarında olmayan Ermənistan hakimiyyəti növbəti dəfə eyni addımları atır.

Bu sözləri əhlükəsizlik orqanlarının veteranı, fəxri əməkdaşı, polkovnik Azər Qarayev deyib.

Onun sözlərinə görə, Nikol Paşinyan sülh sazişinin imzalanması prosesində yeni maneələr yaratmağa başlayıb.

“Ermənistan baş nazirinin son bəyanatları Azərbaycanla Ermənistan arasında imzalanmalı sülh sazişi prosesinə müsbət təsir məqsədi daşımır. Biz dəfələrlə Ermənistan tərəfindən sülh prosesinə qarşı pozuculuq fəaliyyətlərinin şahidi olmuşuq. Görünən odur ki, Ermənistan bu yolla vaxt qazanmağa çalışır və havadarlarının maraqlarını təmin etmək istəyir”, - deyə A.Qarayev əlavə edib.

A.Qarayev bildirib ki, rəsmi Bakının mövqeyi aydındır, indiyədək dəfələrlə açıqlanıb.

“Azərbaycan heç bir vasitəçi olmadan da danışıqların baş tutacağına və yekun razılığın əldə olunmasını mümkün hesab edir. Ən effektiv üsul da budur. Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh müqaviləsi, həm də Cənubi Qafqazda potensial münaqişəyə son qoyaraq, stabilliyə nail olmaq deməkdir. Ermənistan isə müxtəlif yollarla bu prosesi ləngitməyə çalışır”, - deyə o əlavə edib.

A.Qarayev qeyd edib ki, Paşinyan hakimiyyətinin vaxt uzatmaq istəməsi də təsadüfi deyil.

“Ermənistan hələ də tam olaraq kimin himayəsi altına sığınacağını müəyyənləşdirə bilməyib. Bir tərəfdən Rusiyaya qarşı mövqe sərgiləsə də, bu siyasətini axıra qədər davam etdirə bilmir. Çünki Paşinyan hakimiyyəti anlayır ki, Fransa və digər qərbdən olan havadarlarına sona qədər güvənə bilməz. Qərblilər hər zaman öz maraqlarını güdürlər və sonda Ermənistan bu maraqlara qurban gedə bilər.

İndiki məqamda Paşinyan qeyri-stabil siyasət yürüdərək, maksimum vaxt qazanmaq istəyir. Azərbaycan tərəfinin isə mövqeyi qəti və aydındır. Sülh müqaviləsi imzalanmalıdır. Sülh müqaviləsinin imzalanması isə günümüz reallığında daha çox Ermənistana lazımdır. Azərbaycan artıq öz torpaqlarını işğaldan azad edib, münqaişəni öz hərbi-siyasi gücü hesabına bitirib”, - deyə o əlavə edib. (Trend)

Oxşar xəbərlər