19.10.2024, 11:37
AZ EN
17.01.2024, 16:38 191

Zəngəzura dəhliz vasitəçilərsiz açılır...

XƏBƏRLƏR

Ermənistan Baş naziri Nikol Paşinyan Zəngəzur dəhlizi ilə bağlı Azərbaycan qarşısında götürdüyü öhdəliyi yerinə yetirməyə hazırlaşır.

"Vətən səsi" xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti məlumat yayıb. Bildirilir ki, Ermənistan və Azərbaycandan kənarda sülhün bərqərar olmasına mane olan qüvvələr var. Amma tərəflər öz aralarında müəyyən razılaşma əldə etmiş kimi davranır: "Azərbaycan prezidenti dəfələrlə Paşinyanla Zəngəzur dəhlizi məsələsində razılığa gəldiyini bəyan edib. Düzdür, Paşinyan və onun rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” partiyasının üzvləri bunu həmişə inkar edirlər, amma əlbəttə, bunu açıq formada təsdiqləməyəcəklər. Vaxtilə Qarabağın təhvil verilməsi vədini yerinə yetirdiyi kimi, bu vədini də yerinə yetirəcək. Paşinyan və komandası bu günlərdə bunun üçün zəmin hazırlayır”.

Nəşr qeyd edir ki, Ermənistan hökuməti Azərbaycanın tələbləri qarşısında geri çəkilərək Zəngəzur dəhlizini açacaq və bunun günahı Rusiyanın üzərinə atılacaq.

“Hraparak” yazır ki, Paşinyan AZərbaycan prezidentinin  təklifinə uyğun olaraq, sülh danışıqlarının vasitəçilərsiz davam etdirilməsinə razılıq verib. Amma  iki ölkə arasında birbaşa danışıqların məntiqi sonluğa çatacağına zəmanət yoxdur: “Paşinyanın niyyətlərini parlamentin sədri Alen Simonyan açıqladı. O da üçüncü dövlətlərin sülh danışıqlarında iştirakına qarşı çıxdığını bəyan edib. Amma Azərbaycan və Ermənistan üzərində təsir rıçaqlarına sahib olmaq istəyən üçüncü tərəflər buna mane olmağa çalışır”.

“Vətəndaş Müqaviləsi”nin deputatı Gevorq Papoyan isə deyib ki, Zəngəzur bölgəsindən keçən kommunikasiya xətləri həm də Rusiyanın arzularından biri olduğu üçün vacitəçilik təşəbbüslərindən asanlıqla əl çəkməyəcək: “Rusların Sünikə (Zəngəzur) gəlib nəyisə idarə etmələrinin mənası yoxdur, bu, arzudur. 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatın 9-cu bəndinə əsasən, kommunikasiyalar açılmalıdır. Yəni, Ermənistan bizim qanunvericiliyə uyğun olaraq Azərbaycanın əsas ərazisindən Naxçıvan bölgəsinə yol verməli və verməyə hazırdır”.

Elxan SALAHOV

Oxşar xəbərlər