21.11.2024, 23:04
AZ EN
16.01.2024, 11:02 349

Jan-Mişel Bryun: Azərbaycanda jurnalistlər tam azaddır - Fransa bundan nümunə götürə bilər

XƏBƏRLƏR
  • Mən Azərbaycanda olduğum müddətdə hərəkət və özümü ifadə etməkdə tam sərbəst idim.

Bu barədə Parisdə yerləşən La Gazette du Caucase onlayn qəzetinin baş redaktoru, tanınmış fransalı jurnalist Jan-Mişel Bryun öz məqaləsində yazıb.

"Ötən istirahət günü Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva "X" sosial şəbəkəsində "Le Figaro" qəzetində dərc olunan məqalə ilə bağlı narahatlığını bildirib. Məqalədə növbəti dəfə "Bakının Fransanı qaralamaq məqsədilə hücumu" ilə bağlı refren növbəti dəfə təkrarlanırdı. Milli Yığıncağın sədri cavab verib ki, Fransa mətbuatı azaddır... Doğurdan?

"Siz yalandan özünüzü elə göstərirsiniz ki, guya Qarabağın Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisi olduğunu bilmirsiniz. Uzun müddət ərzində ədalətli və davamlı sülh mümkün olub. Dünyaya həqiqət lazımdır, yalan hekayələr deyil. "Le Figaro", regionumuzda vəziyyəti destabilizə etmyə çalışmaqdasa, sülhə köməklik göstərin", - səfir yazıb. Fransa Milli Assambleyasının sədri Yael Braun-Pive cavabında diplomatı "Fransa mətbuatına dərs keçməyə" çalışdığına görə tənqid edib və Azərbaycanda mətbuat azadlığını şübhə altına qoyub. Vəziyyət tam olaraq necədir?

Söz azadlığı olmadan demokratiya ola bilməz. Bibliya, Yevangeliya və Quran hətta sözün hər şeyin mənbəyi olduğunu hesab edir. Bizim cəmiyyətlərimizdə bu azadlıq mətbuat azadlığı ilə ifadə olunur. Jurnalistlər zamanımızın şahidləridir. Onları susdurmaq vətəndaşları cahilliyə, cəmiyyəti isə cəhalətpərəstliyə sürükləməkdir", - məqalədə deyilir.

Jan-Mişel Bryun Cənubi Qafqazda münaqişə başlayandan bəzi Qərb KİV-lərinin, xüsusən Fransada öz üzərlərinə ciddi məsuliyyət götürərək Azərbaycan dilli şəxsləri televiziya proqramlarından və qəzet köşələrindən çıxardığını, öz qapılarını yalnız erməni separatçılığının nümayəndələri üçün açdığını və bununla Fransa ictimaiyyətinin düşüncəsinə uydurma "erməni soyqırımı" hekayəsini yeritməkdə köməklik göstərdiyini xatırladıb.

"Lizeron Budul və mənim kimi fransız jurnlistlər oraya gedərək real hadisələri müstəqil şəkildə işıqlandırmağa qərar verdikdə isə təhdidlərə və senzuraya məruz qaldıq. Bu yaxında Fransa hakimiyyəti azərbaycanlı jurnalistin Yeni Kaledoniyada öz işini görməsinə mane olub.

Bu gün Fransa mətbuatını artıq azad adlandırmaq olmaz. "Mediapart", "Politis" və bir sıra digər qəzetlər istisna olmaqla, əhəmiyyətli dərəcədə dövlət tərəfindən subsidiyalaşdırılan Fransa mətbuatı oliqarxların, hakimiyyətə yaxın şəxslərin və ya son dərəcə sağçıların əlindədir və onlar öz oxucularını və izləyicilərini daxili və beynəlxalq münaqişələrin "xeyir düşərgəsi" ilə "şər düşərgəsi" arasında sivil qarşıdurmanın nəticəsi olduğunu inandırmağa çalışırlar.

Digər tərəfdən təsdiq edə bilərəm ki, - mən bunu tam azad və obyektiv şəkildə deyirəm - Azərbaycanda olduğum müddətdə hərəkət və özümü ifadə etməkdə tam sərbəst idim. Mənə heç nəyi zorla qəbul etdirmir və kiminləsə görüşməyə, haranısa ziyarət etməyə və ya şəklini çəkməyə mane olmurdular. Əks halda mən orada bir saniyə də qalmazdım və elə oradaca əşyalarımı yığardım. Azərbaycan qəzetlərində məmnuniyyətlə dərc etdiyim məqalələr heç vaxt, heç bir şəkildə təhrif olunmayıb. Mən bununla razılaşmazdım da. Heç vaxt heç kim bu və ya digər şəkildə mənim işimə təsir göstərməyə çalışmayıb. Digər ölkələrdə həmişə belə olmayıb.

Bu, Azərbaycana səfər edənlərin həmişə təəccübləndiyi səbəblərdən biridir. Hansı dövlət başçısı vaxtının 3 saatını beynəlxalq jurnalistlərin və ya mütəxəssislərin suallarını, - o cümlədən dost və ya qeyri-dost ölkələrdə çalışan jurnalistlər tərəfindən verilməsindən asılı olmayaraq ən kəskin sulları - cavablandırmağa ayırar? Lakin Prezident İlham Əliyevlə iştirak etdiyim üç görüş zamanı məhz bu baş verdi. Mətbuata münasibətdə şəffaflığa doğru bu səylər xüsusən, 23 iyul 2023-cü ildə 50 müxtəlif ölkədən 250 jurnalistin və mətbuat direktorunun iştirak etdiyi Şuşa Qlobal Media Forumunda əks olunmuşdu. Azərbaycanın dövlət başçısı mütəmadi olaraq KİV nümayəndələrini ona sərbəst şəkildə suallar verməyə dəvət edir və bu suallara yayınmadan və ikimənalılıq olmadan cavab verir. İstərdik ki, bu jurnalistləri müdafiənin özlərinin standartları olduğunu iddia edən ölkələrdə də bu baş versin", - məqalədə deyilir. (Trend)

Oxşar xəbərlər