Prezident İlham Əliyevin sərhədlərin demilitasiyası və demarkasiyası ilə bağlı Xalq Cümhuriyyəti dövrünə aid xəritələrə istinad etməsi Ermənistan ictimaiyyətində geniş müzakirəyə səbəb olub. Artıq Erməni ictimaiyyətində Zəngəzur dəhlizi ilə bağlı rəsmi Bakının irəli sürdüyü təkliflərin reallaşa biləcəyinə dair fikirlər də səslənməyə başlayıb.
"Vətən səsi" xəbər verir ki, bunu erməni siyasi ekspert Koryun Manukyan deyib. Ermənistan mətbuatının yaydığı məlumata görə, Manukyan bildirib ki, ermənilər Zəngəzur dəhlizinin açılması hələ də Azərbaycanın gündəmində qaldığına daha çox əmin olurlar. Onun sözlərinə görə, Ermənistan Baş naziri Nikol Paşinyanın nəqliyyat yolları ilə bağlı “Sülh qovşağı” layihəsi Bakıda qəbul edilmir.
Erməni ekspert Bakının İrəvandan tələblərini aşağıdakı kimi sıralayıb:
- Azərbaycan Zəngəzur dəhlizinin açılmasını tələb edir;
- Azərbaycan mövqelərindən (şərti sərhəddəki) bir millimetr belə geri çəkilməyəcək;
- Azərbaycan 4 kənd və 4 anklavı tələb edir;
- Azərbaycan 1970-ci ildən sonrakı xəritələrlə razılaşmır, delimitasiya və demarkasiyanı 1970-ci illərdən əvvəlki istədiyi xəritə ilə aparacaq.
- Azərbaycan Ermənistanla sülh müqaviləsinə beynəlxalq qaranta ehtiyac görmür.
Manukyan Paşinyanın Ermənistanın 29.8 min kvadratkilometr ərazisi üçün Azərbaycandan kadastr sənədi almaq istədiyini bildirib.
Elxan SALAHOV