23.12.2024, 10:37
AZ EN
07.01.2024, 16:51 323

Moisey Bekker: “ABŞ Dövlət Departamenti seçkilərdə erməni lobbisinin dəstəyini qazanmağa çalışır”

XƏBƏRLƏR
  • "ABŞ Dövlət Departamentinin Azərbaycanı dini etiqad azadlığının ciddi şəkildə pozulmasına və ya buna dözümlülüyünə görə özünün “xüsusi izləmə siyahısı”na daxil etmək qərarı yalnız bu ölkədə qarşıdan gələn prezident seçkilərində erməni lobbisinin dəstəyini qazanmaq istəyi ilə izah oluna bilər".

Bunu siyasi elmlər namizədi, millətlərarası dini münasibətlər üzrə ekspert Moisey Bekker deyib.

“Başa düşməliyik ki, ABŞ-də ən böyük Seçilmişlər Kollegiyası erməni icmasının 1,5-2 milyon nümayəndəsinin yaşadığı Kaliforniya ştatının payına düşür. Üstəlik, bu icma kifayət qədər nüfuza malikdir”, - o qeyd edib.

Politoloqun fikrincə, indi ABŞ-də hər bir səs, hər bir seçici üçün mübarizə gedir və buna görə də Azərbaycanın bu siyahıya salınması sadəcə siyasi oyundur: “Azərbaycan ərazisindəki dini icmaların, məhz yəhudi icmasının həyat şəraitindən danışsaq, bununla bağlı heç vaxt heç bir məhdudiyyət yaşamadığımızı söyləyə bilərik. Hələ sovet dönəmində Azərbaycanın yəhudi icması kifayət qədər azadlığa malik idi. 1972-ci ildə Ümummilli Lider Heydər Əliyevin sərəncamı ilə bütün Azərbaycan yəhudiləri üçün matsa çörəyinin hazırlandığı çörək zavodunun inşa edildiyini yada salmaq yerinə düşər”.

M.Bekker vurğulayıb ki, hər il Azərbaycan Prezidenti İlham Əliyev bütün əsas dini icmalara böyük maliyyə vəsaitinin ayrılması ilə bağlı sərəncam imzalayır. (Report)

Oxşar xəbərlər