09.06.2025, 22:43
AZ EN
07.01.2024, 11:40 398

Qafqazda sülh naminə: ABŞ və Türkiyə Azərbaycanla Ermənistanı barışdırmaq istəyir

XƏBƏRLƏR

Türkiyənin Xarici İşlər naziri Hakan Fidan və ABŞ dövlət katibi Entoni Blinken İstanbulda keçirilən görüşdə Ermənistan və Azərbaycan arasında danışıqları da diqqət mərkəzində olub.

"Vətən səsi" xəbər verir ki, bu barədə “Anadolu” agentliyi diplomatik mənbələrə istinadən məlumat yayıb. Məlumata görə, türkiyəli nazir ABŞ rəsmisinə deyib ki, Ankara Bakı və İrəvan arasında birbaşa sülh danışıqlarının müsbət sonunla nəticələnəcəyinə ümid edir. Blinken isə İkinci Qarabağ müharibəsindən sonra bölgədə davamlı sülhün əldə olunmasının vacibliyini önə çəkərək bu işdə Türkiyənin də mühüm rol aybayacağına inamını ifadə edib.

Xatırladaq ki, bundan əvvəl Hakan Fidan Entoni Blinkenlə telefon danışığında Azərbaycan-Ermənistan normallaşma prosesini geniş müzakirə edib. Daha sonra rəsmi Ankara Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması istiqamətində atılan addımlara dair dəstək bəyanatları yayıb. Ötən ay Bakıda səfərdə olan Hakan Fidan həmkarı Ceyhun Bayramov və Prezident İlham Əliyevlə bu məsələni geniş müzakirə edib. Nazir Türkiyə Böyük Millət Məclisində çıxışında da Azərbaycanla Ermənistan arasında nizamlanmanın regionda sabitliyin, təhlükəsizliyin möhkəmlənməsində xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.

Entoni Blinken İstanbula sonuncu səfəri zamanı səsləndirdiyi fikirlər onu göstərir ki, ABŞ Ankaranın nüfuzundan istifadə edərək Azərbaycanla Ermənistan arasında müzakirə olunan sülh sazişinin yekun mərhələyə daxil olmasını istəyir. Bu isə o deməkdir ki, Qafqazda davamlı və dayanıqlı sülhün təmin olunması Türkiyə ilə yanaşı ABŞ hökumətinin də diqqət mərkəzindədir.

Elxan SALAHOV

Oxşar xəbərlər