22.11.2024, 20:52
AZ EN
28.12.2023, 15:05 306

Hamı Azərbaycanın Ermənistanla imzalayacağı müqavilədən danışır...

XƏBƏRLƏR

Sankt-Peterburqda MDB dövlət başçılarının qeyri-rəsmi görüşü başa çatar-çatmaz Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin tezliklə imzalana biləcəyinə dair ən müxtəlid dairələrdən məlumatlar yayılır. Hətta Ermənistanın təcavüzkar hərəkəti və açıq düşmənçilik siyasətindən dolayı 30 ildən çoxdur müharibə vəziyyətində yaşayan hər iki ölkənin liderlərinin Yeni il ərəfəsində sülh sazişini imzalayacağı barədə fikirlər səslənir.

"Vətən səsi" xəbər verir ki, Rusiyanın “Kommersant” nəşri öz mənbələrinə istinadən belə bir məlumat yayıb. Bildirilir ki, tezliklə Azərbaycanla Ermənistan arasında imzalana biləcək sülh müqaviləsi üzərində hazırda fəal iş gedir. Nəşr bununla bağlı konkret tarix göstərməsə də, sülh sazişinin 2024-cü ilin əvvəlində imzalana biləcəyini iddia edir.

Məqalədə bildirilir ki, Sankt-Peterburqda keçirilən MDB-nin qeyri-rəsmi sammiti hələ başa çatmamış  Azərbaycan Ermənistan arasında aqnlaşma olduğu və tərəflərin Yeni il ərəfəsinə sülh müqaviləsini imzalayacağına dair xəbərlər yayılıb. Məhz buna görə də xarici media Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyanın bir-biri ilə əl tutub görüşməsi və səmimi ortamda ayaqüstü söhbət etmələrinə xüsusi yer ayırıb.

“Kommersant”  qəzeti Paşinyanın İlham Əliyevlə qısa görüşünə həsr etdiyi məqaləsində “Ermənistan Azərbaycanla sülh bağlamağa hazırlaşır” başlığını özünəməxsus tərzdə önə çıxarıb.

Elxan SALAHOV

Oxşar xəbərlər