Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Tural Gəncəliyev deyib.
Deputat bildirib ki, Fransada Azərbaycan parkında yazılar silinib, Xurşidbanu Natəvanın heykəlinə qarşı təhqiramiz addımlar atılıb: “Dünyada mədəni irsin qorunmasına cavabdeh olan UNESCO-ya ev sahibliyini Fransa edir. Fransa insan hüquqları, mədəni irslə bağlı Azərbaycana və digər ölkələrə dərs keçəcək axırıncı ölkədir. Fransa Polineziyası deyilən məkanda 60-cı ildən üzü bəri Fransa 200-dən çox nüvə silahının sınağını keçirib”.
Deputat Hikmət Babaoğlu isə bildirib ki, Fransada Natəvanın heykəli barbarca sökülüb: "Amma Fransa 44 günlük müharibədə bizim əleyhimizə bəyanatlar səsləndirəndə bizdən heç kim Hüqonun əsərlərini yandırmadı. Çünki Azərbaycan mədəni xalqdır". (APA)