Sərəncama əsasən, Azərbaycan Respublikasında dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Ramil İdris oğlu Usubov “Şərəf” ordeni ilə təltif edilib.
Qeyd edək ki, Ramil İdris oğlu Usubov 1948-ci il dekabrın 22-də Xocalı şəhərində anadan olmuşdur. O, 1994–2019 Azərbaycanın 7-ci daxili işlər naziri vəzifəsində çalışıb.
Azərbaycan Respublikasının Prezidentinin 3 may 1994-cü il tarixli 144 nömrəli Fərmanı ilə Ramil Usubova general-mayor, 26 dekabr 1995-ci il tarixli 418 nömrəli Fərmanı ilə general-leytenant, 15 yanvar 2002-ci il tarixli 637 nömrəli Fərmanı ilə general-polkovnik hərbi rütbəsi verilmişdir.
Ramil Usubov 20 iyun 2019-cu ildə Azərbaycan Respublikasının daxili işlər naziri vəzifəsindən azad edilmiş və həmin tarixdə Azərbaycan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi təyin edilmişdir.