18.10.2024, 10:24
AZ EN
18.12.2023, 17:03 277

ABŞ Türkiyənin Cənubi Qafqazdakı fəallığını dəstəkləməsə...

XƏBƏRLƏR

“Məntiqlə Amerika Birləşmiş Ştatları NATO-dakı müttəfiqi Türkiyənin Cənubi Qaqfazda fəallaşmasından ən azı narahat olmamalıdır. Əks halda Vaşinqtonun bölgədəki əsas rəqibləri Rusiya və İranı durdurmaq çətin olacaq”.

"Vətən səsi" xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. Ekspertin sözlərinə görə, Vaşinqton-Ankara münasibətlərində son illərdə o qədər suallar yaranıb ki, ABŞ-nin birmənalı şəkildə Türkiyənin Cənubi Qafqazda mövqelərinin möhkəmlənməsində maraqlı olduğunu söyləmək çətindir: “İki ölkə arasındakı sualların çoxluğuna elə dünən Türkiyənin xarici işlər naziri Hakan Fidanın amerikalı həmkarı Antoni Blinkenlə telefon danışığındakı mövzular da dəlalət edir. Telefon danışığı zamanı İsveçin NATO-ya üzvlüyü, F-16 məsələsi və Qəzzadakı ağır durum müzakirə olunub. Bu mövzularla bağlı yaxınlaşma meylləri olsa da, iki ölkənin baxışlarında fərqliliklər ortadan qaldırılmayıb. Hər halda Vaşinqtonun siyasi dairələrində onu anlamamış deyillər ki, dəstək verdikləri Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaqdan başqa alternativi yoxdur”.

Politoloq hesab edir ki, fərqli alternativ bölgədə gərginliyin davamıdır ki, Ermənistanın yenə məğlub olacağını Vaşinqtonda proqnozlaşdırmamış deyillər: “Bu isə Ermənistanda zorakı hakimiyyət dəyişikliyinə və Kremlin bu ölkədə mövqelərinin möhkəmlənməsinə şərait yaradacaq ki, bu Amerikanın maraqlarına ziddir”.

Elxan SALAHOV

Oxşar xəbərlər