Bunu İrəvanda səfərdə olan Rusiya Federasiyasının Baş nazirinin müavini Aleksey Overçuk deyib.
Overçuk qeyd edib ki, kommunikasiyaların açılması üzrə işlər davam edir və bu məqsədlə üçtərəfli işçi qrupu yaradılıb:
“Emissiyanın maliyyə komponenti hesablanır, hələlik konkret rəqəmlər yoxdur. Rusiya burada daha çox vasitəçi rolunu oynayır və əgər tərəflər bu işi davam etdirməyə hazırdırsa, o zaman biz də təbii ki, iştirak etməyə hazırıq”.
Rusiya rəsmisi vurğulayıb ki, tərəflər (red. - Azərbaycan və Ermənistan) artıq birbaşa, vasitəçilərin iştirakı olmadan işlər görməyə başlayıblar. (APA)