Tədbirdə Rumıniya hökumətinin rəsmi şəxsləri, akkreditə olunmuş diplomatik nümayəndəliklərin təmsilçiləri, Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətinin, “SOCAR Petroleum SA” şirkətinin nümayəndələri, səfirliyin əməkdaşları, aparıcı KİV-in, Rumıniyadakı türk və tatar icmalarının nümayəndələri, bu ölkədə yaşayan və təhsil alan azərbaycanlılar iştirak ediblər.
Tədbirdə Ulu Öndərin Azərbaycanda dövlətçiliyin möhkəmləndirilməsi, müstəqilliyin ilkin dövrlərində mürəkkəb siyasi böhranın sabitliklə əvəz olunması, ölkədə dinamik iqtisadi-sosial inkişafın təmin edilməsi, regionda və beynəlxalq aləmdə ölkəmizin mövqeyinin möhkəmləndirilməsi istiqamətində gördüyü işlərdən bəhs edilib. Eyni zamanda, Azərbaycanda demokratik-hüquqi və vətəndaş cəmiyyətinin yaradılması və dünyəvi dəyərlərə inteqrasiya sahəsində Ümummilli Lider Heydər Əliyevin apardığı cəsarətli siyasətin nəticələrindən danışılıb, bu siyasətin bu gün də uğurla və qətiyyətlə davam etdirildiyi diqqətə çatdırılıb.
Mərasimin sonunda Ümummilli Liderin həyat və yaradıcılığından bəhs edən qısametrajlı film nümayiş etdirilib.
Daha sonra Buxarest şəhərinin “Tey” parkında yerləşən Heydər Əliyevin büstü önündə xatirəsi anılıb. Əvvəlcə Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, daha sonra büstü önünə güllər və əklil qoyulub. (AZERTAC)