19.09.2024, 06:09
AZ EN
11.12.2023, 15:59 242

Oskanyan separatçıları Paşinyana mane olmağa çağırdı

XƏBƏRLƏR

“Bu gün masanın üstündə sülh sazişi adlandırılan sənəd var. Məndə olan məlumata görə, o, kifayət qədər irəli çəkilib və imzalanmağa yaxındır. Həmin sənəd Qarabağın Azərbaycan ərazisi olduğunu təsdiq edir. Orada "artsax xalqı"nın hüquqları haqqında bir kəlimə də yazılmayıb və bu məsələ gündəlikdən tamamilə çıxarılıb”.

"Vətən səsi" xəbər verir ki, bunu Ermənistanın keçmiş Xarici İşlər naziri Vardan Oskanyan özünün “Facebook” səhifəsindəki videomüraciətində deyib.  Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi layihəsindən ciddi narahat olan Oskanyan ölkənin hazırkı rəhbərini erməni xalqının milli maraqlarını satmaqda qınayıb. Robert Koçaryan dönəmində 10 il Ermənistanın Xarici işlər naziri olmuş Oskanyan Paşinyan hökumətini bu şərtlər altında sülh müqaviləsi imzalamamağa çağırıb: "Bundan əvvəlki sənəddə  “artsax xalqı”nın hüquq və müstəqilliyindən bəhs edən 9-cu bənd var idi. Amma indi görürük ki, həmin bənd bu sazişdən çıxarılıb. Ümumiyyətlə, bu barədə heç bir qeyd yoxdur. Müqavilə belə məzmunda imzalansa, o zaman “artsax” səhifəsini bağlayacağıq. Bunu Azərbaycan Prezidenti də söyləmişdi. Deməli, İlham Əliyevin ermənilərin “artsax”ı unutmalı olduğu barədə dedikləri təsadüfi deyil”.

Erməni separatçılarının mövqeyni müdafiə edən Oskanyan revanşist əhval-ruhiyyəli çıxışında separatizmin tör-töküntülərini müxalifətlə birlikdə Paşinyanın sülh müqaviləsini imzalamağa imlkan verməməyə çağırıb. O, bəyan edib ki, Azərbaycan tərəfi bu müqaviləni erməni xalqı ilə deyil, Nikol Paşinyanla və onun hökuməti ilə imzalayacaq: "Əgər bu, həqiqətən də sülh sazişidirsə, “artsax xalqı”nın öz evinə qayıtması, onlarının hüquq və təminatlar sazişin bir hissəsi olmalıdır”.

Elxan SALAHOV

Oxşar xəbərlər