22.11.2024, 21:44
AZ EN
02.12.2023, 12:00 218

Fransalı jurnalist: "Bu gün Fransada anti-Azərbaycan və anti-türk ab-havası hökm sürür"

XƏBƏRLƏR
  • "Bu gün Fransada anti-Azərbaycan və anti-türk ab-havası hökm sürür. Bu, daxili siyasi vəziyyət və erməni lobbisinin fəaliyyəti ilə bağlıdır. Fransanın hazırkı hakimiyyətinin siyasətini rədd edirəm".

Bunu fransalı jurnalist, "Şuşa- Qafqazın mirvarisi" kitabının müəllifi Jan Mişel Brön dekabrın 2-də Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin Türk dünyasının gələcəyinə həsr olunan beynəlxalq Turan konfransında videokonfrans vasitəsilə çıxışı zamanı deyib.

Onun fikrincə, əsas məsələ odur ki, artıq Ermənistan da Qarabağın Azərbaycanın torpağı olduğunu etiraf edib: "İndi Azərbaycan bütün dünya ölkələri ilə, o cümlədən Ermənistanla yaxşı əlaqələr qurmağa çalışır. Azərbaycan Fransa ilə də yaxşı əlaqələrdə maraqlıdır. Ümid edirəm, gələcəkdə münasibətlərimiz daha yaxşı olacaq".

O bildirib ki, Parisin hazırkı hakimiyyəti islamafobiya meyillərini açıq-aşkar göstərir: "Bu, təkcə Azərbaycana yox, bütün islam dünyasına qarşıdır. Bu siyasət dəyişilməlidir və dəyişiləcək. Bu siyasət qəbuledilməzdir. Biz növbəti seçkilərdə bu hökuməti yola salacağıq". (Report)

Oxşar xəbərlər