Bunu “İnsan Hüquqları - 75 Bakı Konfransı: Qlobal və milli çağırışların həlli üçün universallığın və bölünməzliyin təşviq edilməsi” mövzusunda beynəlxalq konfransda Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Yalçın Rəfiyev deyib.
O bildirib ki, təqdim olunan hesabata reaksiya olaraq BMT-yə üzv dövlətlərin əksəriyyəti Azərbaycanda insan hüquqlarının müdafiəsi və təşviqi istiqamətində həyata keçirilən islahatları yüksək qiymətləndirərək davam etməyi tövsiyə edib.
Nazir müavini deyib ki, COVID-19 pandemiyası dövründə məhz Azərbaycanın təşəbbüsü ilə peyvəndlərin ədalətli, bərabər və universal əlçatanlığının təmin edilməsi istiqamətində BMT-nin İnsan Hüquqları Şurası və Baş Assambleyası çərçivəsində müvafiq qətnamələr qəbul edilib:
"Həmçinin Azərbaycanda ölkə başçısının təşəbbüsü ilə BMT-nin İnsan Hüquqları Şurasında minaların insan hüquqlarına təsiri, irqçilik, dini ayrı-seçkilik, dözümsüzlüklə bağlı mübarizədə təhsilin rolu və digər mövzularda birgə bəyanatlar səsləndirilib". (APA)