23.11.2024, 03:47
AZ EN
28.11.2023, 10:59 379

Prezident: "Ermənistan sülh müqaviləsinin mətnindən danışıqlar prosesini uzatmaq üçün bəhanə kimi istifadə edir"

XƏBƏRLƏR
  • "Ermənistan sülh müqaviləsinin mətnindən danışıqlar prosesini uzatmaq üçün bəhanə kimi istifadə edir".

Bunu Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 27-də ABŞ Dövlət katibi Antoni Blinkenlə telefon danışığı zamanı qeyd edib.

Bildirilib ki, sülh müqaviləsinin mətni ilə bağlı Azərbaycan tərəfinin 2023-cü il sentyabrın 11-də Ermənistana təqdim etdiyi təkliflər Ermənistan tərəfindən noyabrın 21-də cavablandırılıb. Beləliklə, Ermənistan öz cavabını 70 gün gecikdirib. Yetmiş günlük gecikdirmə bir daha nümayiş etdirir ki, Ermənistan sülh müqaviləsinin mətnindən danışıqlar prosesini uzatmaq üçün bəhanə kimi istifadə edir.

Oxşar xəbərlər