23.11.2024, 01:16
AZ EN
27.11.2023, 21:10 261

ABŞ Türkiyədən Qarabağ məsələsində Azərbaycana dəstəyi dayandırmağı tələb edib - Ömer Çelik

XƏBƏRLƏR
  • Türkiyəni təhlükəsizlik mövzusunda kim olursa-olsun şantaj edirsə, bizim üçün əhəmiyyətsizdir. Türkiyə şantaja boyun əyməz.

Bunu türkiyənin Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömer Çelik mətbuat konfransında deyib.

O, ABŞ-nin Türkiyədən Qarabağın azad edilməsi üçün Azərbaycana verdiyi dəstəyi kəsməsini tələb etdiyini bildirib.

"F-16-lar, F-35-lərlə bağlı hər dəfə bir bəhanə uydururlar. ABŞ Türkiyədən Qarabağ məsələsində Azərbaycana dəstəyi dayandırmağı tələb etmişdi. Azərbaycan Qarabağı azad edəndə Türkiyəni şantaj edirdilər ki, bu ölkəyə verdiyiniz dəstək sözügedən döyüş təyyarələrinin göndərilməsinə əngəl törədər". (Trend)

Oxşar xəbərlər