15.01.2025, 09:12
AZ EN
23.11.2023, 12:07 334

Fərid Şəfiyev: Qarabağa qayıtmaq istəyən erməni sakinlərə şərait yaradılacaq

XƏBƏRLƏR
  • Qarabağda olan mənzillər, mədəni abidələr - onlar hamısı bizim xüsusi qüvvələr tərəfindən qorunur. Evlər möhürlənib, heç kim daxil olmur.

Bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib.

“Bu məsələyə dair Beynəlxalq Ədalət Məhkəməsinin qərarında da müəyyən bir hissə var. Bu, Azərbaycanın öhdəliyidir. Bundan sonra proseslər fiziki cəhətdən necə baş verəcək demək çətindir. Mən belə başa düşürəm ki, Azərbaycan hökumətinin artıq elan etdiyi kimi, bir də elan edəcəyik ki, kim istəyir, onlara müddət veriləcək. Yəni kim tam qayıtmaq istəyirsə, qayıdacaq, yaxud gəlib əşyalarını götürmək istəyirsə, çox güman ki, şərait yaradılacaq. Yəni Azərbaycan məhkəmənin qərarını icra edəcək, bununla bağlı artıq XİN də bəyanat yayıb. Qarabağdakı bankla bağlı məndə dəqiq məlumat yoxdur. Deyilənə görə, Qarabağdakı bankda pulun, valyutanın hamısını ermənilər aparıblar” - o qeyd edib. (APA)

Oxşar xəbərlər