22.11.2024, 12:03
AZ EN
23.11.2023, 11:32 286

Azərbaycan Prezidentinin mövqeyi prinsipial və qətiyyətlidir

XƏBƏRLƏR
  • "Amerika Birləşmiş Ştatları (ABŞ) rəsmilərinin açıqlamaları və təcavüzkar Ermənistanı dəstəkləmələri qəbuledilməzdir. 30 il Azərbaycan torpaqları işğalda olarkən bu məsələyə o qədər də önəm verməyən ABŞ hazırda Azərbaycanın torpaqlarını işğaldan azad etməsindən çox narahatdır". Bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov açıqlamasında ifadə edib. Millət vəkili vurğulayıb ki, davamlı olaraq okeanın o tayından Azərbaycana qarşı bəyanatlar səsləndirir:

"Bəs bizim torpaqlar işğalda olanda niyə bu qədər narahat deyildiniz, cənablar? Niyə sizin rəsmilər Azərbaycana gələndə bizim qaçqın və məcburi köçkünlərlə görüşmür, ancaq Ermənistana gedəndə “qaçqınlarla” görüşür? Bu qərəz və ədalətsizlik deyil, bəs nədir?

Biz hesab edirik bölgəyə aid məsələlər elə bölgədə müzakirə olunmalı və həll edilməlidir, onun üçün okeanın o tayına getməyə ehtiyac yoxdur.

Əgər siz düşünürsünüzsə ki, bu cür açıqlamalarla Azərbaycanın haqlı mövqeyinə təsir edə biləcəksiniz, yanılırsınız. Azərbaycan Ermənistan kimi kukla dövlət deyil. Azərbaycan Prezidentinin mövqeyi prinsipial və qətiyyətlidir. Bu cür addımlar bizi haqlı mövqeyimizdən çəkindirə bilməz",- deyə vurğulayıb.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər