Bunu ABŞ-dan olan politoloq və beynəlxalq münasibətlər üzrə ekspert Piter Teys deyib.
Onun fikrincə, ikili standartlar siyasəti ondan ibarətdir ki, bir tərəfdən, Aİ Cənubi Qafqazdakı vəziyyətdən kifayət qədər məlumatlı olmadığına görə rəsmi Bakını sanksiyalarla hədələyir, digər tərəfdən isə öz enerji təhlükəsizliyini təmin etmək üçün məhz Azərbaycana ümid edir: “Əlbəttə ki, Azərbaycan Aİ ölkələrindəki istehlakçılar üçün mühüm təbii qaz və neft tədarükçüsüdür. Buna baxmayaraq, rəsmi Bakı dəfələrlə diplomatik baxımdan, Avropa və Transatlantik ölkələrinin təhdidlərinə məruz qalıb. Fransa hökuməti də öz növbəsində daim anti-Türkiyə əhvali-ruhiyyəsi nümayiş etdirib və Azərbaycanı fəal şəkildə tənqid edib”.
O qeyd edib ki, oktyabrın 18-də Avropa Şurası Nazirlər Komitəsinin iclasında səsləndirilən anti-Azərbaycan bəyanatları dünyada dərin parçalanmanın olduğunu bir daha göstərir: “Təəssüf ki, Aİ 1990-cı illərin əvvəllərində Azərbaycan əhalisinin Ermənistan silahlı qüvvələri tərəfindən məcburi deportasiyaya və etnik təmizləməyə məruz qaldığını anlaya bilmədi”.
Ekspertin sözlərinə görə, Qərb rəsmilərinin, xüsusən də Belçika, Fransa və Kanadanın xarici işlər nazirlərinin mütəmadi olaraq Azərbaycan əleyhinə bəyanatları uydurma erməni təbliğatının əsassız məlumatlarına və saxta bəyanatlara əsaslanır. (Report)