20.10.2024, 01:34
AZ EN
15.11.2023, 21:17 228

Ceyms O-Brayn: "Azərbaycan və Ermənistan öz gələcəyini Rusiya-İran oxundan kənarda qura bilər"

XƏBƏRLƏR
  • Azərbaycan və Ermənistan öz gələcəyini Rusiya-İran oxundan kənarda qura bilər.

Bu barədə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O-Brayn Xarici İşlər Komitəsində keçirilən dinləmədə deyib.

“Rusiyanın və İranın regionun təhlükəsizliyinin əsas iştirakçıları olduğu Rusiya və İran oxu ətrafındakı gələcək düşünürəm ki, həm Azərbaycan, həm də Ermənistan hökuməti üçün qeyri-stabil və arzuedilməzdir. Onların ( Bakı və İrəvanın) indi fərqli qərar vermək fürsəti var. Mən qarşıdakı həftələrdə bizim daha ali səviyyəli iştirakımızı gözləyirəm”, - deyə o bildirib. (APA)

Oxşar xəbərlər