Bu barədə Prezident yanında Dövlət İdarəçilik Akademiyasında müşavir, Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov deyib.
"Burada bir neçə məsələ var. Birincisi, Qərbdəki bəzi dairələr Fransa əlyehinə geosiyasi mübarizələrini davam etdirirlər. Bu geosiyası mübarizə ondan ibartədir ki, Cənubi Qafqazda Rusiya Türkiyə birgə faktorluğu olmasın və buna qarşı olaraq, onlar hazırda Ermənistanı gücləndirməklə məşğuldur. Faktiki olaraq onu gördük ki, Azərbaycan-Ermənistan normallaşması prosesi ilə bağlı da Qərb susqunluq nümayiş etdirir. Bu isə onla bağlıdır ki, Fransa və onun kimi bir sıra Qərb ölkələri Cənubi Qafqazda normallaşmada maraqlı deyil.
İkinci məsələ ondan ibarətdir ki, Frasnsa Ermənistanla hərbi-texniki əməkdaşlıq etməklə, Zəngəzurda və Ermənistanda əsas xətt üzərində dayanmaq istəyir. Elə Zəngəzur dəhlizi ilə bağlı Ermənistanın hələ də vaxtı uzatmaq istəməsinin əsas səbəbi bundan ibarətdir.
Bütün bunlar bölgə üçün təhlükəlidir. Rəsmi Paris Cənubi Qafqaz üçün dağıdıcı xüsusiyyət daşıyır. Azərbaycan imkan verməcəyək ki, kimsə bizi təhdid etsin", - deyə o əlavə edib.(Trend)