19.10.2024, 18:26
AZ EN
11.11.2023, 17:09 249

Azərbaycanın mədəniyyət naziri Türkiyəyə gedəcək, Şuşa ilə bağlı tədbirlərə qatılacaq

XƏBƏRLƏR
  • Ankarada Şuşa ilə bağlı tədbirlər keçiriləcək və Azərbaycanın mədəniyyət naziri Adil Kərimli tədbirlərə qatılmaq üçün Türkiyəyə səfər edəcək.

Bu barədə Beynəlxalq Türk Mədəniyyət Təşkilatından (TÜRKSOY) bildirilib.

A.Kərimli noyabrın 13-də TÜRKSOY-un Ankaradakı Baş Qərargahında “Şuşa günləri” çərçivəsində təşkil olunan “Şuşa rəssamları” sərgisində iştirak edəcək.

Həmin gün “Şuşa-2023 - Türk Dünyası Mədəniyyət Paytaxtı” ili çərçivəsində Şuşa Mədəniyyət Günləri təşkil olunacaq. Eyni zamanda Türkiyə Prezident Administrasiyasının Simfonik Orkestrinin binasında Azərbaycan sənətkarlarının iştirakı ilə konsert olacaq. (Report)

Oxşar xəbərlər