Bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev "Rusiya" sərgi-forumu çərçivəsində "Bilik" cəmiyyətinin marafonunda çıxışında deyib.
Onun sözlərinə görə, Bakı-İrəvan münasibətlərinin normallaşması istiqamətində ardıcıl səylər göstərilir.
Bundan bir qədər əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Rusiyanın yaxın zamanda Moskvada Rusiya, Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin üçtərəfli görüşünü keçirməyə hazır olduğunu deyib.
O, Moskvanın Azərbaycanla Ermənistan arasında gərginliyin azalmasına səbəb olan istənilən təmasları müsbət qarşıladığını deyib. (Trend)