Bunu Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktor müavini Fuad Çıraqov “Böyük qələbənin 3-cü ildönümü: Postmünaqişə dövrünün çağırış və fürsətləri” mövzusunda keçirilən simpoziumda deyib.
“Ermənistan Azərbaycanın şərtlərini yerinə yetirməli, yəni ölkəmizin daxili işlərinə qarışmağı dayandırmalı, ərazi iddialarına və təhdidlərinə son qoymalıdır”, - o vurğulayıb.
Onun sözlərinə görə, Azərbaycan hazırda tarixi bir dövr yaşayır: “Biz müharibədə qalib gəldik, ərazilərimizi azad etdik. Lakin postmünaqişə dövründə sülhün bərqərar olması çox çətin görünür".
F.Çıraqov qeyd edib ki, sülh sazişinin imzalanmasının vaxtı hər iki ölkənin gələcək addımlarından asılıdır. O bildirib ki, bu məsələdə beynəlxalq ictimaiyyətin də mövqeyi çox önəmlidir. (Report)