03.08.2025, 07:54
AZ EN
03.11.2023, 10:16 392

AŞPA həmməruzəçilərini Ermənistan-Azərbaycan sərhədinə göndəririr

XƏBƏRLƏR

Avropa Şurası Parlament Assambleyasının Ermənistanın öhdəliklərinin yerinə yetirilməsinin monitorinqi üzrə həmməruzəçiləri Kimmo Kilyunen və Boriana Oberq noyabrın 6-8-də İrəvana  səfər edəcəklər.

"Vətən səsi" xəbər verir ki, bu barədə Avropa Şurasının mətbuat xidməti məlumat yayıb. Qeyd olunur ki, həmməruzəçilərin Ermənistanın baş naziri, ədliyyə və daxili işlər nazirləri, parlamentin deputatları ilə görüşləri nəzərdə tutulub.

Konstitusiya Məhkəməsinin sədri və məhkəmə hakimiyyətinin, Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin, Mərkəzi Seçki Komissiyasının, Televiziya və Radio üzrə Milli Komissiyanın nümayəndələri ilə də görüşlər planlaşdırılıb.

Həmməruzəçilər Ermənistanın Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu ilə həmsərhəd olan Arazdəyən kəndinə də səfər edəcəklər.

Elxan SALAHOV

Oxşar xəbərlər