22.11.2024, 13:41
AZ EN
31.10.2023, 17:43 210

Aqil Məmmədov: Toponimlərin dəyişdirilməsi ermənilərin etnik təmizləmə siyasətinin tərkib hissəsidir

XƏBƏRLƏR
  • Prezident İlham Əliyevin Qərbi Azərbaycan İcmasının binasının açılışı zamanı soydaşlarımızla görüşü və bu görüşdə səsləndirdiyi fikirlər Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının əsasını təşkil edir. Çar Rusiyası ilə əlbir olan ermənilər ölkəmizə qarşı mərhələli şəkildə etnik təmizləmə siyasəti aparıblar. Toponimlərin dəyişdirilməsi də bu siyasətin bir hissəsidir.

Bu fikirləri müsahibəsində Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Aqil Məmmədov bildirib.

“Hazırda toponimlərimizin bərpa edilməsi istiqamətində müvafiq addımlar atılır. Bu istiqamətdə Toponimiya komissiyasının fəaliyyəti təqdirəlayiqdir. Eyni zamanda, müxtəlif müəlliflər tərəfindən toponimlərlə bağlı kitablar yazılır. Bu, çox yaxşıdır. Amma bəzən yazılanlarla faktlar arasında uyğunsuzluq olur. Bəzən də fərqli şərhlərə rast gəlinir. Hesab edirəm ki, ziddiyyətləri və anlaşılmazlıqları aradan qaldırmaq üçün faktların, yer adlarının bir mənbədən dəqiqləşdirilməsi və kitabların işi üzü görməmişdən əvvəl komissiyadan rəyin alınması yaxşı olardı”, - deyə deputat vurğulayıb.

Toponimlərin dəyişdirilməsi prosesinin Azərbaycanın çar Rusiyası tərəfindən işğalın sonra başlandığını qeyd edən A.Məmmədov xanlıqların ləğvi ilə bu istiqamətdə işlərin sürətləndiyini diqqətə çatdırıb.

Deputat bildirib ki, Türkmənçay müqaviləsindən sonra ermənilərin məqsədli şəkildə Azərbaycan ərazilərində yerləşdirilməsi ilə paralel olaraq azərbaycanlıların ata-baba yurdlarının adlarının dəyişdirilməsinə başlanıb. “Ermənilərin və onların havadarlarının həyasızlığı o dərəcəyə çatmışdı ki, azərbaycanlıları öz yurdlarından sıxışdırıb çıxarmağa başlamışdılar. Azərbaycan Prezidentinin Sərəncamı ilə 2012-ci ildə Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən hazırlanmış “Cənubi Qafqaz. 1903-cü il” xəritəsinin 3 dildə nəşri toponimlərlə bağlı çox mətləblərə aydınlıq gətirir. Bu xəritə əlimizdə mühüm əsasdır”, - deyə Aqil Məmmədov qeyd edib. (AZƏRTAC)

Oxşar xəbərlər