22.12.2024, 12:23
AZ EN
26.10.2023, 16:32 212

Avropalı ekspert: "Fransa öz ərazisində separatizmə, silahlı dəstələrə imkan verər?"

XƏBƏRLƏR
  • "Avropa ictimaiyyəti əsasən Ukrayna və Yaxın Şərqdəki münaqişələrlə məşğuldur və Cənubi Qafqaza təəssüf ki, az diqqət yetirir".

Bunu Avstriyadan olan siyasi şərhçi Martin Malek bildirib.

Onun sözlərinə görə, Mərkəzi və Qərbi Avropada belə təbliğat aparılırdı ki, Azərbaycan Qarabağda suverenliyini bərpa etdikdən sonra guya Zəngəzuru öz nəzarəti altına ala bilər:

"Halbuki, bunu təsdiq edə biləcək heç bir fakt yoxdur".

M.Malek qeyd edib ki, hazırda Fransanın Azərbaycanda imic problemi artıb:

"Oktyabrın əvvəlində Ermənistana səfər edən Fransanın xarici işlər naziri Ketrin Kolonna Parisin Ermənistana hərbi texnikanın çatdırılmasına razılıq əldə edildiyini bildirdi. Rəsmi Bakı da haqlı olaraq bunu kəskin tənqid edib".

Parisin separatizmə dəstəyinə gəldikdə, ekspert vurğulayıb ki, Fransadan öz ərazisində, xüsusən də Korsika adasındakı separatizm problemi haqqında soruşmaq olar:

"Fransa öz ərazisində Korsikanın ordu yaratmasına, müstəqilliyini elan etməsinə və sairə dözərdimi? Əlbəttə, yox! Amma o da aydındır ki, Fransanın özündə Cənubi Qafqazdan çox, başqa şeylər ön plandadır. Konkret olaraq yenidən alovlanan Yaxın Şərq münaqişəsinin daxili siyasi təsirlərini qeyd etmək olar. Radikal solçu "La France Insoumise" partiyasından olan deputatın Fələstinin HƏMAS təşkilatını terror təşkilatı deyil, müqavimət hərəkatı adlandırması NUPES adlı sol ittifaqın dağılmasına səbəb olub. Hər halda ümid etmək olar ki, tezliklə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi bağlanacaq", - əlavə edib. (Report)

Oxşar xəbərlər