21.09.2024, 22:03
AZ EN
18.10.2023, 10:21 305

Saakaşvili Paşinyanı Azərbaycanla dərhal sülh sazişi bağlamağa çağırdı

XƏBƏRLƏR

Gürcüstanın sabiq prezidenti, hazırda həbsdə olan Mixeil Saakaşvili Ermənistanın baş naziri Paşinyana müraciət edib.

"Vətən səsi" xəbər verir ki, müraciətində bir sıra məsələlərə toxunan Saakaşvili Paşinyanı tez bir zamanda Azərbaycanla sülh sazişi bağlamağa çağırıb. Sabiq prezident bildirib ki, Ermənistan ətrafında baş verən son hadisələr Cənubi Qafqaz regionuna təhlükəsizlik şəraitində inkişaf üçün yeni şans verir: “Siz açıq şəkildə bəyan etməli və dərhal Azərbaycanla sülh müqaviləsi imzalamalısınız. Bununla da Ermənistanın daxili və xarici siyasətində köklü dəyişikliklərə yol açmalısınız. Müəyyən müddətdən sonra biz üç Baltikyanı ölkə kimi yaşaya bilərik – açıq sərhədlərlə, Cənubi Qafqazın hər üç ölkəsinin üstünlüklərindən istifadə edərək bütöv bir logistika, maliyyə, enerji qovşaqları sistemi yarada bilərik”.

Saakaşvili qeyd edib ki, Paşinyan hakimiyyətə gələndən sonra əsaslı islahatlar apara bilməyib. “İndiki dövlət aparatınız Kremlin beşinci kolonudur. Avropaya inteqrasiyada gecikmisiniz”.

Gürcüstanın sabiq lideri erməni baş nazirə müraciətində Rusiya hərbi bazasının dərhal çıxarmağa, MDB, KTMT, Gömrük İttifaqından çıxmağa çağırıb.

Elxan SALAHOV

 

Oxşar xəbərlər