Bu barədə Prezident İlham Əliyev oktyabrın 17-də “Füzuli Şəhəri Günü”ndə Füzuli şəhərinə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bildirib.
Müəyyən müddətdən sonra Qarabağın Azərbaycan iqtisadiyyatında bir təkanverici qüvvəyə çevriləcəyinə əmin olduğunu deyən dövlətimizin başçısı qeyd edib: “Çünki bizim iqtisadiyyatımızın, bax, buradan qalxması ümumi inkişafa da böyük töhfə olacaqdır”.