16.04.2025, 18:17
AZ EN
10.10.2023, 15:19 370

ABŞ səfirliyi: “Münasibətlərin normallaşması üçün Azərbaycan və Ermənistan arasında dialoq lazımdır”

XƏBƏRLƏR
  • Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması üçün ölkələr arasında dialoq aparılmalıdır.

Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin “X” sosial şəbəkəsindəki səhifəsində yazılıb.

“Ötən gün Bakıda olan ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono Cənubi Qafqazda davamlı və ləyaqətli sülhün əldə edilməsində ABŞ-ın Azərbaycan və Ermənistana dəstəyini müzakirə etmək üçün yüksək vəzifəli şəxslərlə görüşüb. Münasibətlərin normallaşması üçün tərəflər arasında dialoq lazımdır” - paylaşımda bildirilib. (Report)

Oxşar xəbərlər