Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iyunun 25-də YUNESKO İcraiyyə Şurasının sədri Tamara Rastovac Siamaşvili və Baş direktorun sosial və humanitar elmlər üzrə müavini Qabriela Ramos ilə görüşdə deyib.
Nazir post-münaqişə dövründə regionda mövcud vəziyyət, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində apardığı genişmiqyaslı bərpa və yenidənqurma işləri, Azərbaycan və Ermənistan arasında sülh prosesi barədə, eləcə də mina təhlükəsi kimi bir sıra təhdidlər barədə qarşı tərəfi ətraflı məlumatlandırıb.