“Ən qədim və mədəni xalq” xülyası ilə yaşayan, ancaq dünyada vəhşi, qaniçən, dönük bir toplum kimi tanınan, onun-bunun kölgəsinə sığınıb yazıq, məzlum obrazı yaradan ermənilər havadarlarının köməyi ilə dirçələndə tanınmaz olub, quduzlaşıb və nəinki başqalarına, hətta onları yedizdirənlərə, torpaq və yurd verənlərə də düşmən kəsilib, arxa çeviriblər. Erməni millətçiləri tarixən azərbaycanlıları və türkləri özlərinə düşmən hesab ediblər. Hər an onların qanını içməyə hazır olduqlarını açıqca söyləsələr və imkan olan kimi bunu etsələr də, digər xalqlara da nifrətlərini gizlətməyiblər. Şərqi Türkiyə, Şimali İran və Azərbaycanın Naxçıvan, Qarabağ torpaqlarını birləşdirməklə böyük bir ərazidə “böyük Ermənistan” yaratmaq, Gürcüstan torpaqlarının bir hissəsini zəbt etmək, digər dövlətlərin ərazilərində muxtariyyət formalaşdırmaq məqsədilə ermənilər uzun illər ən çirkin əməllərə əl atıblar. Ermənilər onlara dəstək verməyənləri, haqq-ədaləti müdafiə edənləri özlərinə düşmən sayıb və həmin dairələrdən qisas almağa çalışıblar. Bu məqsədlə ermənilər bir çox terrorçu qruplaşmalar yaradıblar ki, onların arasında “Daşnaksütyun” partiyasının qurduğu “Ermənistanın azadlığı uğrunda gizli erməni ordusu” (ASALA) terror təşkilatı hazırda bir neçə ölkədə fəaliyyətini davam etdirməkdədir. Bu terror təşkilatı əsasən türkləri və azərbaycanlıları hədəf seçməsinə baxmayaraq, digər xalqlara qarşı da amansız qətllər həyata keçirməkdədir.
Bu fikirləri açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev söyləyib.
Deputatın sözlərinə görə, öz fəaliyyətini Fransada daha çox genişləndirən ASALA-ya ölkədə sərbəst hərəkət etmək üçün hər cür imkan yaradılıb ki, terror təşkilatı da bu “qayğı”dan hərtərəfli bəhrələnməkdədir. Qərargahı Beyrutda, təlim-məşq bazaları Suriyada yerləşən terror təşkilatı öz fəaliyyətini ABŞ, Yunanıstan, Cənubi Kipr, İsveçrə və Kanadada davam etdirməklə dinc insanlar üçün təhlükə yaradır. Son illər bir çox ölkələrdə Türkiyənin və Azərbaycanın səfirliklərinə edilən basqınlar, törədilən terror aktları bunu deməyə əsas verir. “ASALA Azərbaycanı və Türkiyəni dəstəkləyən ölkələrə qarşı da düşmən və amansız mövqedədir. Sentyabrın 3-də İrəvanda yəhudi sinaqoquna hücumu da bu terrorçu qrup təşkil edib. Terrorçular açıq şəkildə bəyan ediblər ki, yəhudilər Ermənistan dövlətinin və erməni xalqının qatı düşmənləridir. Onlar ABŞ, Avropa və başqa ölkələrdə də sinaqoqları yandıracaqlarını, yəhudiləri məhv edəcəklərini bildiriblər. Əlbəttə, bu vəhşiliklərin kökündə İsrail Dövlətinin Azərbaycana dost olması, iki ölkə arasında münasibətlərin möhkəmlənməsi və yəhudi xalqının dövlətimizin ədalətli mübarizəsini dəstəkləməsi dayanır. Terrorçular heç bir beynəlxalq normaya və insanlığa uyğun gəlməyən şəkildə bəyanat veriblər ki, dünya ölkələrində yaşayan yəhudilərə qarşı müharibə aparılacaq və heç bir yəhudi Avropaya, Amerikaya, Kanadaya, Gürcüstana gələrkən özünü təhlükəsiz hiss etməyəcək.
“Göründüyü kimi, Ermənistanda antisemitizm meyilləri gündən-günə güclənir və terrorçular dünya xalqlarına meydan oxuyurlar. Bu meyillər sözsüz ki, bir çox xarici dövlətlərin dəstəyindən qaynaqlanır və şaxələnir. Fransanın bu dövlətlər arasında “birincilik qazanması” şübhəsizdir. Çünki təcavüzkar Fransanın Ermənistana, terrorçulara daimi yardım göstərməsi bu dövlətin müstəmləkəçilik siyasətindən irəli gəlir. Fransa dövlətinin rəhbərləri, siyasi dairələri Azərbaycan torpaqlarını 30 il işğal altında saxlayan, şəhər və kəndlərimizi xarabazara çevirən, bir milyondan çox insanı qaçqın vəziyyətinə salan Ermənistanı 30 il dəstəklədilər, bir dəfə də olsun Azərbaycanın haqlı mövqeyinə münasibət bildirmədilər və daim təcavüzkarın yanında olduqlarını nümayiş etdirdilər. Onlar hər vəchlə xalqımızın səsini batırmağa, düşmənə haqq qazandırmağa çalışdılar. Bu gün də bu çirkin əməllər davam etdirilir”, - deyə deputat əlavə edib.
T.Rzayev əlavə edib ki, BMT Təhlükəsizlik Şurasında, beynəlxalq tədbirlərdə, görüşlərdə, müxtəlif ölkələrə səfərlərdə başda Fransa Prezidenti Emmanuel Makron olmaqla, parlament üzvləri, hökumət nümayəndələri Azərbaycanı təcavüzkar kimi qələmə verir, torpaqlarını erməni faşistlərindən azad edən dövlətimizin və xalqımızın ünvanına olmazın böhtanlarını, iftiralarını yağdırırlar. Fransa bildirir ki, “Ermənistanın sərhədləri bizim üçün müqəddəsdir”.
“Fransanın Avropa və xarici işlər naziri Katrin Kolonna Ermənistana səfəri zamanı deyir ki, Fransa Ermənistana fransız silahlarının tədarükünə başlamaq imkanı yaradacaq hərbi-texniki əməkdaşlıq haqqında saziş imzalamağa da rəsmən razılıq verib. Fransa Afrikada itirdiklərinin yerini Cənubi Qafqazda doldurmaq və regionda pozuculuq əməllərini davam etdirmək, məkrli siyasətini həyata keçirmək niyyətindədir. Ona görə də Ermənistanı silahlandırır, terrorçulara yardım edir, müharibələr üçün yeni planlar hazırlayır. Ancaq E.Makron və əlaltıları dərk etmirlər ki, Azərbaycan Prezidenti onların çirkin, bəşəriyyətə zidd məqsədlərini yaxşı bilir və qarşısının alınması üçün tutarlı tədbirlər görür. 44 günlük Vətən müharibəsi, 24 saatlıq antiterror tədbirləri, Ordumuzun gücü, xalqımızın birliyi və həmrəylikdən əldə olunan uğurlu nəticələr düşmənlərimizə lazımi dərs olmayıbsa, yeni dərslərin verilməsi davam etdirilə bilər. Çünki Azərbaycan təcavüzkarlar, terrorçular və onların havadarları qarşısında aciz deyil. Dövlətimizin başçısı, Ordumuz və xalqımız hər an sözünü deməyə qadirdir və bütün cəbhələrdə mübarizə aparmağı bacarır”, - deyə Milli Məclisin deputatı vurğulayıb. (AZERTAC)