25.11.2024, 08:13
AZ EN
19.09.2023, 16:07 275

Zaxarova Ermənistan XİN-i məsxərəyə qoyub: Bəs, İrəvanın Qarabağın Azərbaycana məxsus olduğunu tanıması necə olsun?

XƏBƏRLƏR
  • Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistan XİN-in Rusiya sülhməramlı kontingentinə çağırış etməsinə münasibət bildirib.

Zaxarova Teleqram kanalında rəsmi İrəvanın BMT Təhlükəsizlik Şurası və Rusiya Sülhməramlı Kontingentini Qarabağdakı hərbi əməliyyatları dayandırmağa çağırmasına istehza ilə cavab verib.

“Ermənistan Xarici İşlər Nazirliyi BMT Təhlükəsizlik Şurasını və Rusiya sülhməramlılarını Azərbaycanın Qarabağdakı hərbi əməliyyatlarını dayandırmaq üçün tədbirlər görməyə çağırır.

Bəs, rəsmi İrəvanın Qarabağı Azərbaycana məxsus olduğunu tanıması necə olsun?”, deyə Rusiya XİN sözçüsü erməni həmkarlarını məsxərəyə qoyub. (APA)

Oxşar xəbərlər