08.09.2024, 05:17
AZ EN
18.09.2023, 10:14 305

Musa Qasımlı: "Hesab edirəm ki, Ştatların bu siyasəti Cənubi Qafqazda çat verəcək…"

XƏBƏRLƏR

Musa Qasımlı yazır:

Uzun illər BDU-da ABŞ-ın müasir tarixindən və İkinci Dünya müharibəsindən sonrakı xarici siyasətindən mühazirələr oxumuş, seminar məşğələləri aparmışam. Bir müddət bu ölkədə universitetdə çalışmış, elmi konfranslarda məruzələr etmişəm. Amerikalı tarixçi dostlarım deyirlər ki, Siz müasir tariximizi bizdən yaxşı bilirsiniz.  

Ştatlarda dərslərdə şagird və tələbələrə öyrədilən aşağıdakı məsələlərdən həmişə heyrətə düşmüşəm: 1.Müharibə pis şey deyildir. Ölkə ərazisində deyil, sərhədlərdən kənarda müharibə aparmaq güclənmək, pul qazanmaq, daxildə  iş yerləri açmaq üçün yaxşı vasitədir.2. Ölkə daxilində rahat yaşamaq istəyirsənsə təhlükəsizliyini uzaq ölkələri qarışdıraraq bütün vasitələrlə təmin et.

ABŞ-ın müharibədən sonrakı tarixindən onlarla faktdan bir neçəsi deyilənləri təsdiq edir: Hind-Çin, Əfqanıstan, Yaxın, Orta Şərq, İraq…“Böyük Orta  Şərq” layihəsini həyata keçirmək üçün “Ərəb baharı”nı törədib ölkələri dağıtmaq, insanların başlıca  hüququ olan yaşamaq hüququnu əllərindən almaq, ev-eşiklərindən didərgin salmaq, başqalarının günahsız qanları hesabına varlanmaq.

ABŞ indiyədək öz mənfəətləri olmadan dünyanın heç bir yerində heç bir işə girişməyib. Mənfəətlərini isə ümumi maraqlar- demokratiya və insan hüquqlarının guya pozulması adı altında təmin edib. Bunların arxasında həyati maraqları- ucuz xammal mənbələrinə, neft, qaz, pul, strateji mövqelərə, əlverişli satış bazarlarına yiyələnmək dayanıb.

Demokratiya hər bir xalqın, cəmiyyətin içindən gəlməlidir. Dünyaya zorla demokratiya yaymaq və ya bu ad altında öz niyyətlərini gerçəkləşdirmək cəhdləri xalqlara bədbəxtliklər gətirir.

ABŞ-da desələr də başlıca prinsipləri ədalətdir, tamamilə yalandır. Soruşulur: işğalçı Ermənistanı 30 il müdafiə etmək ədalətdirmi? İşğal dövründə Azərbaycan ərazilərinin yerlə yeksan edilməsini görməmək ədalətdirmi? Milyondan yuxarı azərbaycanlı qaçqın və məcburi köçkünün məşəqqətli həyatına göz yummaq ədalətdirmi? Ermənistanla hərbi təlim keçirib Cənubi Qafqazı yenidən qarışdırmaq ədalətdirmi? Sülhün qurulmasına mane olmaq ədalətdirmi? On minlərlə kilometr uzaqlardan gəlib Qafqazda çirkli oyunlar oynamaq ədalətdirmi? Cavab aydındır. 

ABŞ bu siyasətini Ermənistanla bərabər həyata keçirir. Nə üçün? Çünki Ermənistana və ermənilərə qul psixologiyası hakimdir. Ştatlar senatının və konqresinin üzvlərinin bir çoxu da erməni milyarderlərinin cibindədirlər.

Amma, hesab edirəm ki, Ştatların bu siyasəti Cənubi Qafqazda çat verəcək…

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər