25.04.2025, 08:42
AZ EN
12.09.2023, 19:50 320

Ömər Çelik: Qarabağdakı qondarma seçkilər heç bir şəkildə legitim deyildir

XƏBƏRLƏR
  • Ermənilərin Qarabağda keçirdikləri qondarma seçkilər heç bir şəkildə legitim ola bilməz.

Bu barədə Türkiyənin hakim “Ədalət və İnkişaf Partiyası”nın (AK Partiya) sözçüsü Ömər Çelik mətbuat konfransı zamanı bildirib.

O qeyd edib ki, bütün beynəlxalq aləm də bu “seçkiləri” tanımayıb. Ö. Çelikin sözlərinə görə, Ermənistanın Azərbaycanla sərhədinə əlavə güc yığması və Qarabağdakı qondarma seçkilər bölgədəki sülh üçün təhlükə yaradır: “Türkiyə müharibədə olduğu kimi, Azərbaycanın yanındadır. Təxribatlar baş verə bilər, lakin heç kimin xeyrinə olmayacaq. Hər kəsin sülh və qanuna əsaslanan mövqe tutması vacibdir”. (Report)

Oxşar xəbərlər