Bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
"Biz bu mövzuda çoxlu müzakirələrin şahidi olduq. Belə deyək, Ermənistanda olan qərbyönümlü analitiklər bunu dəfələrlə müzakirə ediblər. Lakin bu məsələ ilə bağlı heç bir rəsmi siqnal almamışıq", - Peskov vurğulayıb.
Ermənistanın ərazisinə hücum olacağı təqdirdə Rusiyanın Ermənistanı müdafiə etməyə hazır olub-olmaması ilə bağlı dəqiqləşdirici suala isə Kremlin sözçüsü belə cavab verib: “Əgər söhbət Ermənistanın ərazisindən gedirsə, bilirsiniz, bizim KTMT çərçivəsində öhdəliklərimiz var. Eləcə də, bilirsiniz ki, Ermənistan Azərbaycanın 1991-ci il sərhədləri daxilində ərazi bütövlüyünü tanıdığı üçün orada vəziyyət bir qədər dəyişib, ona görə də bunu da nəzərə almaq lazımdır. Bu, İrəvanın qərarı idi", - Kremlin rəsmi nümayəndəsi yekunlaşdırıb. (APA)