Bu barədə Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov türkiyəli həmkarı Hakan Fidanla Moskvada görüşün yekunlarına dair birgə mətbuat konfransında bildirib.
“Rusiya Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılmasında, eləcə də 2022-ci ilin noyabrından başlayaraq Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında, o cümlədən kommunikasiyaların açılması və böhrandan sonrakı bərpa üzrə əldə olunmuş bütün razılaşmaların reallaşdırılmasında maraqlıdır. Biz əminik ki, Türkiyə bu səylərdə konstruktiv və faydalı rol oynaya bilər”, - deyə Rusiya Federasiyasının xarici işlər naziri vurğulayıb. (AZERTAC)