21.09.2024, 16:23
AZ EN
15.08.2023, 16:52 191

Ermənistan yalan məlumat yaydı, Avropa İttifaqının missiyası təkzib etdi

XƏBƏRLƏR
  • Erməni mətbuatı Yerevandakı rəsmi qurumlara istinadən Avropa İttifaqının müşahidəçilərinin guya, Azəbaycan Ordusunun bölmələri tərəfindən atəşə tutulması barədə məlumat yayıb. Azərbaycan tərəfi isə ermənilərin növbəti uydurmasına dərhal reaksiya verərək dünya ictimaiyyətini çaşdırmaq istəyən rəsmi Yerevanın yaydığı məlumatları təkzib edib.

“Vətən səsi” xəbər verir ki, Müdafiə Nazirliyinin bir bqədər əvvəl yaydığı məlumatda hərbçilərimizin avropalı müşahidəçilərə atəş açması xəbərinin yalan olduğunu bəyan edib. Bildirilir ki, avqustun 15-də saat 12:20 radələrində Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi ərazisində guya Avropa İttifaqının müşahidəçiləri və onların avtomobili istiqamətində Azərbaycan Ordusunun bölmələri tərəfindən atəş açılması barədə erməni informasiya resurslarında yayılan məlumat həqiqətə uyğun deyil, qarşı tərəfin növbəti dezinformasiyasıdır.

Müdafiə Nazirliyi bəyan edir ki, Avropa İttifaqının müşahidəçilərinin Ermənistanda şərti sərhəd istiqamətində səfərlərinin vaxtı, onların hərəkət marşrutu, ərazidəki koordinatları, eləcə də avtomobillərin markası və nömrə nişanları Azərbaycan tərəfinə əvvəlcədən təqdim edilir. Azərbaycan Ordusunun bölmələri missiyanın səfərləri barədə məlumatlıdır: "Bu səbəbdən də Ermənistan Müdafiə Nazirliyinin iddia etdiyi belə bir halın baş verməsi nəzəri və praktiki baxımdan qeyri-mümkündür".

Avropa İttifaqının missiyası da Ermənistanın yalanını üzə çıxarıb. Bu barədə Aİ-nin Ermənistandakı missiyasının X platformasındakı paylaşımında bildirilir: “Avropa İttifaqı Missiyasının patruluna heç bir atəş açılmayıb”.

“Biz sərhəd boyunca patrul aparırırq və məsuliyyət zonasındakı atəş açılması halları da daxil olmaqla, hərbi yenilikləri Brüsselə məruzə edirik”, - deyə qeyd olunub.

Elxan SALAHOV

Oxşar xəbərlər