21.11.2024, 23:07
AZ EN
03.08.2023, 09:49 307

Deputat: Prezident "Euronews"a müsahibəsində Qarabağın erməni sakinləri ilə də bağlı dəqiq və qətiyyətli mövqe bildirdi

XƏBƏRLƏR
  • "Vətən müharibəsi zamanı düşmənə sarsıdıcı zərbə vuraraq torpaqlarımızı işğaldan azad edən rəşadətli ordumuz Zəfər dastanını yazdı. Bu Zəfərin arxasında isə bir sıra vacib məqamlar dayanır. Daha dəqiq desək, Azərbaycanın bu Zəfərinin arxasında əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və cənab Prezident İlham Əliyev tərəfindən davam etdirilən uğurlu siyasət dayanır”.

Bunu Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

O qeyd edib ki, təkmil siyasi idarəetmə, Prezident İlham Əliyevin rəhbərliyi ilə atılan düşünülmüş, uzaqgörən, prinsipial addımlar nəticəsində Azərbaycanın daxili və xarici siyasətdə böyük uğurlar əldə etməsi, həmçinin ölkəmizdə güclü iqtisadi potensialın formalaşdırılması, dövlət başçısının 2003-cü ildən başlayaraq həyata keçirdiyi iqtisadi siyasətin uğurları bütün dünya tərəfindən etiraf olunur: “Elə ölkəmizdə güclü ordunun formalaşması da bu siyasətin nəticəsidir. Bildiyimiz kimi, Azərbaycanda güclü, nizami, müasir ordu quruculuğu cənab Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin əsas istiqamətlərindən birini təşkil edib. Eyni zamanda, Prezident İlham Əliyevin uzaqgörənliyinin nəticəsi olaraq Azərbaycan qısa müddətdə özünün güclü müdafiə sənayesini qurmağa nail olub”.

Deputat bildirib ki, bütün bunlar müqəddəs bir hədəfə nail olmaq üçün reallaşdırılıb: “Prezident İlham Əliyev iyulun 22-də Şuşada “Euronews” televiziyasına müsahibəsində həmin məqsəd və hədəf barədə geniş məlumat verib. Dövlət başçısı “Müharibədə qalib gəlmək mənim həyatımın, siyasi həyatımın missiyası idi və o uğurla başa çatdı. Biz müharibədə qalib gəldik. Biz ədaləti və ərazi bütövlüyümüzü bərpa etdik” deyə bildirib".

Vüqar İskəndərov qeyd edib ki, bir çox maraqlı məqamlarla zəngin müsahibədə dövlət başçısı Ermənistanla sülh danışıqları məsələsinə də toxunub: “Dövlət başçısının bəyan etdiyi kimi, Ermənistan sülh istəyərsə, biz ona nail olacağıq. Çünki bizim Ermənistana qarşı hər hansı bir ərazi iddialarımız yoxdur. Biz onların da Azərbaycana qarşı ərazi iddialarının olmamasını istəyirik.

Cənab Prezident hazırda Qarabağda, müvəqqəti olaraq rusiyalı sülhməramlılarının nəzarəti altında olan ərazidə yaşayan insanlarla bağlı da dəqiq və qətiyyətli mövqe bildirib. Prezident qeyd edib ki, onlar Azərbaycanda yaşayırlar: “Onlar ölkəmizdəki digər çoxsaylı milli azlıqlar kimi Azərbaycan vətəndaşları olaraq yaşayacaqlarına, yoxsa Azərbaycanı tərk edəcəklərinə dair seçim etməlidirlər. Biz onlara seçim hüququ veririk. Çünki onlar heç bir hüquqi icazə olmadan ya Ermənistan vətəndaşları olaraq, ya da heç kim tərəfindən tanınmayan dırnaqarası “Dağlıq Qarabağ respublikası”nın vətəndaşları olaraq bizim ərazidə necə yaşaya bilərlər? Hesab edirəm ki, bu, legitim yanaşmadır. Bu yanaşma beynəlxalq təcrübəyə uyğundur. Bu yanaşma separatizmə qarşı mübarizə aparan bir çox Avropa ölkələrində gördüyümüz təcrübəyə uyğundur”. Göründüyü kimi, Azərbaycanın mövqeyi qəti və birmənalıdır. Qarabağda, hazırda müvəqqəti olaraq rusiyalı sülhməramlılarının nəzarəti altında olan ərazidə yaşayanlar seçim etməlidirlər: onlar ya Azərbaycanın qanunlarına tabe olmalı, ya da çıxıb, birdəfəlik Azərbaycandan getməlidirlər”. (APA)

Oxşar xəbərlər