22.12.2024, 23:35
AZ EN
02.08.2023, 21:55 249

Keniya təşkilatları Qarabağın erməni azlığının Azərbaycan cəmiyyətinə inteqrasiyasına ənğəl törədilməsini pisləyib

XƏBƏRLƏR
  • Keniyanın vətəndaş cəmiyyəti təşkilatları Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərin Azərbaycan cəmiyyətinə inteqrasiyasına İrəvanın əngəl törətməsini pisləyən bəyanat yayıb.

Keniyanın vətəndaş cəmiyyəti təşkilatları beynəlxalq ictimaiyyətin diqqətini Ermənistanın bu prosesə yaratdığı süni maneələrə çəkib:

"Azərbaycan öz Konstitusiyasına uyğun olaraq Qarabağ bölgəsində yaşayan ermənilərin hüquqlarını və təhlükəsizliyini təmin edəcək. Milliyyətindən və etnik mənşəyindən asılı olmayaraq bütün vətəndaşlara Ümumdünya İnsan Hüquqları Bəyannaməsində nəzərdə tutulduğu kimi bərabər hüquqlar verilir".

Ermənistanda bir sıra məmurların Laçın sərhəd-keçid məntəqəsinin fəaliyyəti ilə bağlı siyasi manipulyasiyalar və spekulyasiyalarla məşğul olduğu da vurğulanıb.

"Onların iddiaları tamamilə yalan kimi təkzib edilir. Birincisi, Laçın yolu Azərbaycanın suveren ərazisində yerləşir. Azərbaycan Laçın yolunda sərhəd-keçid məntəqəsi yaratmaqla öz suveren hüquqlarından istifadə edib", - deyə qeyd olunub.

Bundan əlavə, Keniyada vətəndaş cəmiyyəti təşkilatları Beynəlxalq Ədalət Məhkəməsinin də Ermənistanın bununla bağlı iddialarını rədd etdiyini vurğulayıb.

Azərbaycanın təklif etdiyi Ağdam-Xankəndi yolu ilə bağlı bəyanatda qeyd olunub ki, bu marşrut humanitar yardımın çatdırılması üçün əlçatan və əlverişlidir:

"Bu yol bütün növ yüklərin daşınması üçün tam uyğundur, lakin Ermənistan tərəfi bundan imtina edir. Beynəlxalq ictimaiyyətin Azərbaycanın blokadaya getmədiyini, yardım təklif etdiyini bilməsi vacibdir".

Xatırladaq ki, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata zidd olaraq Ermənistandan Azərbaycan ərazisindəki erməni silahlı birləşmələrinə canlı qüvvə, sursat, mina, habelə digər hərbi texnikanın qanunsuz keçirilməsinin qarşısının alınması məqsədilə, və aprelin 22-də Azərbaycanla sərhəddə Laçın-Xankəndi yolunun girişində Ermənistan tərəfindən birtərəfli qaydada sərhəd-keçid məntəqəsi yaratmasına adekvat olaraq, aprelin 23-də saat 12:00-da Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən Azərbaycanın suveren ərazilərində, Ermənistanla sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-keçid məntəqəsi yaradılıb. (Trend)

Oxşar xəbərlər