09.06.2025, 11:52
AZ EN
22.07.2023, 14:06 189

Ermənilərin Laçın postundan növbəti sərbəst keçidi

XƏBƏRLƏR
  • Bu gün Laçın-Xankəndi yolunun başlanğıcında, Laçın sərhəd-buraxılış məntəqəsində erməniəsilli şəxslərin növbəti dəfə sərbəst keçidi təmin edilib.

Bununla bağlı videogörüntüdə mülki ermənilərin sənədlərinin yoxlanılması əks olunur.

Görüntülərdən də aydın olduğu kimi, Qarabağın erməni əhalisi çox sərbəst və təhlükəsiz şəkildə Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) müşayiətilə sərhəd-buraxılış məntəqəsindən keçiblər.

Qeyd edək ki, bu, bir daha mülki ermənilərin sərhəd-buraxılış məntəqəsindən keçidində heç bir maneənin, hər hansı çətinliyin olmamasının göstəricisi olmaqla yanaşı Ermənistan hakimiyyətinin və qondarma rejim qalıqlarının hay-küy salaraq guya "Azərbaycan bizə qarşı humanitar böhran yaradır. Bakı Qarabağdakı erməniləri blokadada saxlayır" kimi şoularını növbəti dəfə ifşa etmiş olur. (Trend)

Oxşar xəbərlər