Bunu bu gün keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
O, Qarabağın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının məsuliyyət zonasına daxil olmadığını xatırladıb. "Eyni zamanda, KTMT missiyasının Ermənistanda yerləşdirilməsi Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətin sabitləşməsinə əhəmiyyətli töhfə verərdi. Top Ermənistanın tərəfindədir", - Rusiya XİN sözçüsü vurğulayıb. (APA)